Daha bir populyar nəşr Avropa Liqasının ikinci turunun qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda yaşanan erməni təxribatını qabardıb.
Sportinfo.az xəbər verir ki, rəsmi "tvitter" səhifəsində 3 milyondan çox izləyicisi olan "The İndependent" nəşri 31-ci dəqiqədə yarımçıq dayandırılan görüşlə bağlı paylaşım edib.
Qondarma respublikanın təxribatından dolayı 31-ci dəqiqədə yarımçıq dayandırılan oyun 25 dəqiqədən sonra davam etdirilib və "Qarabağ" luksemburqluları 4:1 hesabı ilə məğlub edib.

