"Düdelanj" Avropa Liqasının ikinci turunun "Qarabağ" qarşılaşmasında yaşanan təxribata görə Azərbaycan tərəfindən üzr istəyib.
Sportinfo.az xəbər verir ki, Luksemburq klubu bununla bağlı rəsmi "tvitter" səhifəsində üzrxahlıq mesajı paylaşıb.
Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatan oyunun 30-cu dəqiqəsində - 2-ci qoldan sonra təxribatçı ermənilər meydana dronla qondarma respublikanın bayrağını endirməyə çalışıblar. "Qarabağ" futbolçularının etirazından sonra hakim görüşü dayandırıb. Təxminən 25 dəqiqədən sonra matç davam edib.

