"Münaqişədə olan 2 qonşu ölkədir" - Hollandiya mətbuatı

4 Oktyabr 2019 11:30 Avropa Liqası 876
"Münaqişədə olan 2 qonşu ölkədir" - Hollandiya mətbuatı

Dünya mediası da Avropa Liqasının ikinci turunun qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununun 30-cu dəqiqəsində yaşanan təxribata biganə yanaşmayıb.

Sportinfo.az xəbər verir ki, tanınmış saytlar, nəşrlər ermənilərin Lüksemburqda göstərdiyi acizlik barədə xəbərlər hazırlayır.

Hollandiyanın populyar "vtbl.nl" saytı da qalmaqallı qarşılaşma ilə bağlı paylaşım edib: "Ermənistan və Azərbaycan uzun illərdir münaqişə vəziyyətində olan qonşu ölkələrdir. Məhz buna görə "Qarabağ"ın futbolçuları dronla stadiona endirilən bayrağı göydən yerə atmağa çalışdılar, amma nəticə vermədi. Tribunada da qonaq azarkeşlər buna çox hiddətləndi, vəziyyətin gərginliyini anlayan hakim oyunu dayandırmaq qərarına gəldi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA