Avropa Liqasında qrup mərhələsinin ikinci turunun ən yaxşı oyunçusu olmağa namizədlərin siyahısı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, 4 futbolçudan ibarət siyahıda Qabriel Martinelli ("Arsenal"), Donyel Malen (PSV), Rafael Forster ("Ludoqores") və Məhəmməd El-Yunusi ("Seltik") yer alıb.
Qalibi UEFA-nın saytında keçirilən səsvermədə azarkeşlər müəyyənləşdirəcək.

