Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" (1:4) oyununda təxribata əl atan ermənilər müəyyənləşib. Sportinfo.az xəbər verir ki, məsuliyyəti "Ultra-qrup birinci Ermənistan cəbhəsi" üzərinə götürüb.
Onlar "facebook" səhifələri vasitəsilə Belçikada yaşayan Spartak adlı qrup üzvünün başçılığı altında bu addıma əl atdıqlarını yazıblar. Həmin qrup bununla kifayətlənməyib. İddiaya görə, onlar matçın gedişində "Jozi Bartel" stadionunun qarşısındakı parkın qarajında bir neçə nəqliyyat vasitəsinə zərər vurub, bir neçəsini də oğurlayıblar. Yerli polis hazırda quldur dəstənin axtarışlarını davam etdirir.

