"Qarabağ" Azərbaycanı Qazaxıstan və Belarusa yaxınlaşdırdı

4 Oktyabr 2019 09:14 Avropa Liqası 990
"Qarabağ" Azərbaycanı Qazaxıstan və Belarusa yaxınlaşdırdı

"Qarabağ" UEFA reytinqində Azərbaycanın xallarını artırıb.

Sportinfo.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda "Düdelanj" üzərində əldə etdiyi 4:1 hesablı qələbə sayəsində gerçəkləşib.

Nəticədə ölkə aktivinə daha 0,250 xal yazılıb. Hazırda 18,250 xala malik Azərbaycan 26-cı pillədə qalsa da, 25-ci pillədəki Qazaxıstandan yarım xal geridədir. "Astana" bu tur evdə Serbiya "Partizan"ına 1:2 hesabı ilə uduzub. 18,875 xalla 24-cü yerdə gedən Belarusun isə avrokuboklarda təmsilçisi qalmayıb.

"Qarabağ" bu qələbə ilə həm də Azərbaycanın ən yaxın izləyicilərinin də xal baxımından ona yaxınlaşmasına imkan verməyib. Düzdür, "Lüdoqorets" Macarıstanda "Ferentsvaroş"u 3:0 hesabı ilə yenərək, Bolqarıstanın Polşanı keçməsinə və 16,875 xalla 27-ci pillədə yer almasına səbəb olub. Amma hazırda Azərbaycan və Bolqarıstan arasındakı xal fərqi 1,375-ə bərabərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA