"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avroliqanın qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la matçın 31-ci dəqiqəsində baş verən erməni təxribatına görə ikinci hissədə UEFA nümayəndəsi və "Düdelanj"ın prezidenti ilə tribunada görüşüb.
Sportinfo.az xəbər verir ki, klub rəhbəri baş verənləri onlarla müzakirə edib. O, bu məsələyə lazımi qiymət verilməsini, oyun bitəndən sonra azarkeşlərin və komandanın stadiondan təhlükəsiz şəkildə ayrılmasını tələb edib.

