Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında xoşagəlməz hadisələr yaşanır.
Sportinfo.az xəbər verir ki, Ağdam klubunun ikinci qolundan sonra meydanda erməni təxribatı baş verib.
.Hər şey 31-ci dəqiqədə "Qarabağ"ın vurduğu 2-ci qoldan sonra baş verib. Belə ki, həmin vaxt separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilib. Buna isə futbolçularımız biganə qalmayıb.
Azərbaycan çempionunun oyunçularının kəskin etirazı və təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması səbəbindən şotlandiyalı baş hakim Con Biton görüşü yarımçıq dayandırıb. Referi hər iki komandanın meydanı tərk etməsini istəyib.
Bu üzdən hazırda oyun yarımçıq qalıb və referi davam etdirmək qərarını qəbul etməsə, "Düdelanj"a texniki məğlubiyyət veriləcək.

