"Düdelanj"ın bazasında oğurluq - ŞOK HADİSƏ

3 Oktyabr 2019 11:35 Avropa Liqası 677
"Düdelanj"ın bazasında oğurluq - ŞOK HADİSƏ

"Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçı ərəfəsində "Düdelanj"ın bazasından oğurluq olub.

Sportinfo.az xəbər verir ki, naməlum şəxslər sentyabrın 30-na keçən gecə paltardəyişmə otağından 27 cüt buts, eləcə də bir neçə futbolka, şort və digər idman aksessaurları aparıblar.

Butsların bir hissəsi xüsusi keyfiyyətə malik olub. Kluba ciddi ziyan dəyib. Polis oğruların yerini müəyyənləşdirmək üçün DNT izlərindən istifadə etməli olacaq.

"Düdelanj"ın prezidenti Romen Şumaxer oğurlanan butsların futbolçuların üçün böyük önəm kəsb etdiyini bildirib: "Rosport"la çempionat matçımızda bəzi oyunçularımızın xüsusi keyfiyyətli butsları yox idi. "Qarabağ"la qarşılaşmada isə bütün futbolçular belə ayaqqabılarda çıxış etməlidirlər".

Bu gün Lüksemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA