"Qarabağ"dan tarixi qələbə!!!

4 Oktyabr 2019 01:16 Avropa Liqası 1 538
"Qarabağ"dan tarixi qələbə!!!

Çempionlar Liqasının ardından, Avropa Liqasında da qrup mərhələsinin ikinci turu start götürüb. Sportinfo.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” Lüksemburq səfərində meydana çıxıb. Rəqibin qapısından 4 top keçirən Qurban Qurbanovun komandası Avroliqanın qrup mərhələləri tarixində ən böyükhesablı qələbəsini qazanıb.

Qrupun digər görüşü İspaniyada baş tutub. Qrupun favoriti "Sevilya" doğma "Ramon Sançes Pisxuan"da APOEL-i miniml hesabla məğlub edib.

“Qarabağ” ilk turda Bakıda “Sevilya”ya 0:3 hesabı ilə uduzub, “Düdelanj” isə Kipr səfərində APOEL-ə qalib gəlib – 4:3.

Avropa Liqası. Qrup mərhələsi. 2-ci Tur

3 oktyabr

A Qrupu

23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4

Qollar: A. Berniye, 90 - Abdullah, Zubir, 11, Miçel, 30, Riçard Almeyda, 37, Dani Kintana, 69

Qırmızı vərəqə: M. Qaros, 62

Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).

Lüksemburq. “Jozi Bartel” stadionu.

"Düdelanj": 1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Stols, 16. Thibaut Lesquoy 20. Mikael Qaros, 22. Antoine Bernye, 34. Məhəmməd Buçuari, 77. Sabir Bouqrine 98. Loren Mendi.

Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kuls, 13. Omar Natami, 23. Rayan Klapp, 24. Mehdi Kirç, 27. Adel Bettayeb, 28. Çarles Morren;

"Qarabağ": 1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 8. Miçel, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 10. Dani Kintana, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Geye

1 Sevilya 2 2 0 0 4-0 6
2 Qarabağ 2 1 0 1 4-4 3
3 Düdelanj 2 1 0 1 5-7 3
4 APOEL 2 0 0 2 3-5 0
Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA