Qurban Qurbanovu narahat edən "Qarabağ" - FOTOLAR

3 Oktyabr 2019 09:28 Avropa Liqası 731
Qurban Qurbanovu narahat edən "Qarabağ" - FOTOLAR

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda sabah "Düdelanj"ın qonağı olacaq "Qarabağ" matçın keçiriləcəyi "Jozi Bartel" stadionunda oyun öncəsi son məşqinə çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən stadion 8 min tamaşı tutumuna malikdir.

"Düdelanj" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov rəqib haqda yüksək fikirdədir:

"Yaxşı komandaya qarşı oynayırıq. Son vaxtlar uğurlu çıxış edirlər. Oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, intizamlı oynayıb istədiyimiz nəticəni qazanaq. Mən heç vaxt hansısa komandanı autsayder görmürəm. Xüsusən də belə turnirlərdə.

Rəqib qrup mərhələsinə yaxşı oyunla yüksəlib. Məni narahat edən odur ki, "Düdelanj"ı autseyder kimi görürlər. İnanıram ki, bu, futbolçulara təsir etməyəcək. Rəqibin yaxşı futbolçuları var. Bu gün Avropada heç bir oyunu proqnozlaşdırmaq olmur.

Zədəlilər var, amma bu, o demək deyil ki, onlar oynamadığı üçün optimal heyət olmayacaq. Bu matç həlledici ola bilərmi? Xal itkisinin "Qarabağ" üçün ciddi uğursuzluq sayılacağını qətiyyən düşünmürəm. Məğlub olsaq, bunu faciə saymayacam.

Qarşıda dörd oyunumuz olacaq. Bəzən son görüşdə nəticəni əldə etmişik, bəzən də əldən vermişik. Mənə vacib olan futbolçuların verəcəyim tapşırığı icra etməsidir. Mən sabah qətiyyən pisi düşünmürəm".





































Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA