"Qarabağ"a düşərli hakim: Millimizin darmadağınını qeydə alıb

30 Sentyabr 2019 13:39 Avropa Liqası 638
"Qarabağ"a düşərli hakim: Millimizin darmadağınını qeydə alıb

"Qarabağ"ın Lüksemburqda "Dudelanj"la keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun qarşılaşması şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim Con Bitona Daniel Makfarlan və Duqlas Potter kömək eədcəklər. Oyunun dördüncü hakimi Donald Robertson olacaq.

Norveçli Yon Eylif Skyervold hakim-inspektor, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi kimi çalışacaq.

Oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçiriləcək "Düdelanj" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Şotlandiyalı referi daha əvvəl ağdamlıların bir oyununu, yığma komandalarımızın isə iki matçını idarə edib. Referi U-19 millisinin AÇ-2015-in seçmə mərhələsində Macarıstana qarşı səfər matçında iş başında olub - 1:1.

38 yaşlı hakim 2016/2017-ci illər mövsümündə "Qarabağ"ın Avroliqanın qrup mərhələsində PAOK-la səfər görüşünü idarə edib. Salonikidəki qarşılaşmada ağdamlılar qələbə qazanmışdılar - 1:0.

Biton son dəfə əsas millimizin oyununda ədaləti qoruyub. AÇ-2020-nin “Bakcell Arena”da Slovakiyaya qarşı keçirdiyimiz və 1:5 hesabı ilə uduzduğumuz matçı məhz o, idarə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA