"Məşqçi oyunda Loran Mehdinin yerinə təzə qan gətirməyimi istədi, mən də bu işi etdim. Vəziyyəti öz əlimizə keçirdik və 82-ci dəqiqədə hesab bərabərləşdi. Sonra isə 3:4 oldu.
Bu, dəlilik idi. Həqiqətən, həyəcan keçirirdik. Klub üçün tarixi qələbə idi. Oyundan çox zövq aldım. Daha yaxşısını xəyal edə bilməzdim".
Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən Lüksemburq "Düdelanj"ının futbolçusu Tibo Leskua qrup mərhələsinin I turunda Kiprdə APOEL-i məğlub etdikləri (4:3) oyun barədə danışarkən deyib.
24 yaşlı cinah müdafiəçisi qrupdakı digər rəqibləri - "Qarabağ" və "Sevilya" barədə də danışıb: "APOEL ilə oyunda itirəcək bir şeyimiz yox idi. "Qarabağ"a qarşı diqqətli olmalıyıq, "Sevilya"ya nisbətən daha az tanınsa belə".
"Düdelanj" - "Qarabağ" matçı oktyabrın 3-ü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi qrupdakı ilk oyununda evdə İspaniya "Sevilya"sına uduzub - 0:3.

