UEFA Azərbaycan klublarını Avropa Liqasından uzaqlaşdırdı

25 Sentyabr 2019 10:10 Avropa Liqası 3 702
UEFA Azərbaycan klublarını Avropa Liqasından uzaqlaşdırdı

UEFA 2021/22 mövsümündə təşkil edəcəyi yeni turnirin adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qurum yeni klub turnirinə Konfrans Liqası adını verib.

Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra reytinqinə görə, üçüncü Avropa Kuboku turniri olacaq.

Yarışın qrup mərhələsində 32 komanda 8 qrupa bölünəcək. Qrup liderləri 1/8 finala vəsiqə qazanacaq. İkinci yerin sahibləri isə 1/8 finala yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü pilləni tutan komanda ilə qarşılaşacaq.

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Turnin qarşılaşmaları cümə axşamları keçiriləcək.

Azərbaycanı Avropa Kuboklarında dörd klub təmsil edəcək. Ölkə çempionu Çempionlar Liqasına, digər üç klub isə Avropa Liqasında deyil, Konfrans Liqasında mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA