UEFA Çiçaritoya görə "Qarabağ"a intizam işi açdı

24 Sentyabr 2019 14:11 Avropa Liqası 646
UEFA Çiçaritoya görə "Qarabağ"a intizam işi açdı

UEFA növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb.

Sportinfo.az xəbər verir ki, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.

Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib.

"Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq (report). Ölkə çempionu bu mövsüm daha iki dəfə UEFA tərəfindən cərimələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA