“Qarabağ”la matçda qol imkanlarını əldən vermək olmaz”

21 Yanvar 2025 02:20 Avropa Liqası 787
“Qarabağ”la matçda qol imkanlarını əldən vermək olmaz”

FKSB Avropa Liqası Liqa mərhələsinin 7-ci turunda Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Rumıniya təmsilçisinin baş məşqçisi Elias Xaralambus ölkə çempionatının "Hermannştad"la matçından (1:1) sonra açıqlama verib.

44 yaşlı kiprli mütəxəssis "Qarabağ"ın Avropa təcrübəli olan komanda olduğunu bildirib:

“Bütün diqqətimizi "Qarabağ"la keçirəcəyimiz oyuna yönəltməliyik. Avropada bütün oyunlar çətindir.

Rəqibimiz yaxşı və yetərincə avrokubok təcrübəsi olan komandadır. Qarşıdakı matçlarda xallar toplamalıyıq ki, ən yaxşı 8 komanda sırasına düşək.

“Hermannştad”la matda (1:1) olduğu kimi qol imkanlarını əldən vermək olmaz”.

"Qarabağ" - FKSB qarşılaşması 23 yanvar tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır