Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında 9 ölkənin iştirakı təsdiqlənib.
Sportinfo.az xəbər verir ki, bu barədə eynəlxalq Çövkən Federasiyasından bildirilib.
Yarışda təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya ilə Qana, Asiyadan Özbəkistan və Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.
10 komandanın qatılacağı turnirdə növbəti kollektiv çox güman ki, ya Avstraliya, ya da Şimali Amerika regionundan olacaq.
Dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.

