Namiq saatlarla stadiondan çıxa bilmədi - Azarkeşlərin hücumuna məruz qaldılar

15 May 2022 13:20 Araşdırma 643
Namiq saatlarla stadiondan çıxa bilmədi - Azarkeşlərin hücumuna məruz qaldılar

Azərbaycan millisinin üzvü Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor"un azarkeşləri futbolçulara hücum ediblər.

Sportinfo.az "Yenicaggazetesi" nəşrinə istinadən xəbər verir ki, hadisə "timsahlar"ın "Bandırmaspor"a 2:4 hesabı ilə uduzduqları I Liqanın XXXVII tur matçından sonra baş verib.

Fanatlar komandanın aşağı liqaya düşməsinə qəzəbləniblər. Oyunçular təhlükəsizliyin olmadığını iddia edərək Bursaya qayıtmaq istəmədiklərini və Bandırmada qalmaq niyyətində olduqlarını bildiriblər.

Futbolçular 3 saat yarım stadionda qalmalı olublar.

Komandanın kapitanı Burak Altıparmak avtobusdan düşərkən insident yaşanıb. Tərəfdarlar 32 yaşlı yarımmüdafiəçini söyüblər və ona hücum ediblər.

"Bursaspor" 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti