Azərbaycanın futbol dünyasına Roberto Bacco nümünəsi...

14 May 2022 14:00 Araşdırma 1 049
Azərbaycanın futbol dünyasına Roberto Bacco nümünəsi...

Azərbaycan futbolunun inkişafını ləngidən önəmli faktor sistemsizlikdir.

Ölkə futboluna bu qədər pullar axın etsə də, bəlli bir sistem hələ də qurulmayıb.

Federasiyada oturanlar illərdi günü günə, ayı aya calayıb, həmin pulların kefini çıxarmaqla məşğuldur.

Bu mənzərədə məni hər zaman ən çox üzən həmin rəhbərlər yox, onların yanında düşərgə salan futbol veteranlarımız olub.

Ki, axı siz illərlə futbol oynamısınız, bu sahənin incəliklərinə dərindən bələdsiniz və sistemin vacibliyini gözəl bilirsiniz. Amma təəssüf ki, rəhbərlərin bərbad idarəçiliyinə susursunuz. Niyə?

Bəlkə də düşünürsünüz ki, müdaxilə imkanınız yoxdur. Əks cəbhə açsanız, müxalif olsanız da faydası olmayacaq. Əksinə, 5-10 manat gəlirdən də olacaqsınız.

Vallah elədisə, ümumiyyətlə, federasiyadan ayrılın, gedin kənd təsərrüfatı işləri ilə məşğul olun. Eynən İtaliya futbolunun canlı əfsanəsi Roberto Bacco kimi.

Belə ki, ötənlərin məşhur hücumçusu bu yaxınlarda italiya mətbuatına açıqlamasında deyib:

Mən artıq futbolla maraqlanmıram. İnsanlar bunun qəribə olduğunu düşünür, amma mənim günahım nədir? Futbolsuz xoşbəxt yaşayanlar uduzanlardır?

Oyunlara baxmıram, daha onlar məni cəlb etmir. Həm də, başqalarını mühakimə etməyi sevmirəm. Keçmiş komanda yoldaşlarımın müəllim kimi danışdıqlarını görürəm. Amma yadımdadır ki, onlar əlləri ilə də dəqiq ötürmə verə bilmirdilər.

Özüm üçün başqa əyləncələr tapdım. Odun doğrayıram, traktorla sahədə işləyirəm və gecələr o qədər yorğun oluram ki, başım fırlanır”.

Bəli, Bacco kimlərinsə müəllim kimi danışmasına etirazın bir yolunu əyani göstərib. Nə qədər gec deyil, ey AFFA-da oturan futbol veteranlarımız, siz də bu yolu tutun. Əgər bacarırsınızsa...

PS: Maraq üçün bildirək ki, Bacco “Fiorentina”, “Yuventus”, “Milan”, “Bolonya”, “İnter” və “Breşia” kimi klublarda çıxış edib. Onun karyerasının ən uğurlu dövrü “Yuventus”da olub.

Bu illər ərzində Bacco UEFA kubokunu, İtaliya Çempionluğunu və İtaliya kubokunu qazanıb. Həmçinin, 1993-cu ildə "Qızıl Topa"a sahib olub.

1988-2004-cü illərdə İtaliya millisində çıxış edən “at quyruğu” ləqəbli futbolçu 56 oyuna 27 qol vurub.

Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Digər Xəbərlər
Xəbər Lenti