Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

10 May 2022 16:30 Araşdırma 897
Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.

Sözügedən dərmanın istifadəsindən sonra insanlarda yenidən virusun yaranma ehtimalı müəyyən edilib.

Tədqiqat qrupundakı həkimlər, Paxlovidin beş günlük qəbulunu tamamladıqdan bir neçə gün sonra təkrarlanan COVID-19 simptomları barədə insanlara xəbərdarlıq ediblər.

ABŞ hökuməti 20 milyon insanın müalicəsi üçün Pfizer-dən Paxlovid həbləri almışdı və bunun üçün əczaçılıq şirkətinə 10 milyard dollardan çox pul ödəmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti