Şuşa həbsxanası keçmiş erməni dustaqlarının gözü ilə… VİDEO

9 May 2022 19:30 Araşdırma 656
Şuşa həbsxanası keçmiş erməni dustaqlarının gözü ilə… VİDEO

Azərbaycan Televiziyası (AzTV) Birinci Qarabağ müharibəsi zamanı Şuşa həbsxanasında saxlanılan əsirlər barədə film hazırlayıb.

“Səhər açılsın” adlanan filmin qəhrəmanları Şuşa həbsxanasında əsirlikdə olmuş Həbib Kazımov, Zahid Həsənov və Camaləddin Hüseynovdur.

Filmdə 3 əsirin timsalında Şuşa həbsxanasındakı dəhşətlər, orada saxlanılan azərbaycanlıların başlarına gələnlər barədə məlumat verilir, onların yaşadığı ağır həyat şəraitindən bəhs olunur.

Bununla yanaşı, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra baş verənlər və Şuşa həbsxanasındakı azərbaycanlılara dəhşətli işgəncələr edən şəxslərin həbs olunmasına dair görüntülər də "Səhər açılsın"da öz əksini tapıb.

Filmin layihə rəhbəri Elçin Musaoğlu, prodüseri Fatimə Əzimova, ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru isə Elvin Mirzəyevdir.

Digər Xəbərlər
Xəbər Lenti