Ronaldo “Real”da, yoxsa MY-də effektiv olub? - Pikenin mövqeyi

6 May 2022 18:40 Araşdırma 615
Ronaldo “Real”da, yoxsa MY-də effektiv olub? - Pikenin mövqeyi

"Barselona"nın müdafiəçisi Jerar Pike Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Pike Qari Nevillə verdiyi müsahibədə Ronaldonun “Real”da, yoxsa MY-də effektiv olması ilə bağlı fikirlərini bildirib:

“Düşünürəm ki, Ronaldo Mançesterdə daha çox cinah oyunçusu kimi oynayırdı. “Real”da isə mərkəz hücumçusu kimi başladı, çoxlu qollar vurdu və titulların qazanılmasında çox mühüm rol oynadı.

Seçim etmək çox çətindir. “Real”da daha effektiv olduğunu deyəcəm. Çünki orada daha çox titul qazanıb”.

Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib. Daha sonra 2018-ci ilin yayına qədər “Real”da oynayıb. Bu mövsümdən isə Mançesterə qayıdıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti