“Qarabağ”ın oyunundan əvvəlki DAVANIN SƏBƏBİ NƏ OLUB?

4 May 2022 19:40 Araşdırma 1 056
“Qarabağ”ın oyunundan əvvəlki DAVANIN SƏBƏBİ NƏ OLUB?

Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” görüşündən əvvəl (1:1) ağdamlı fanatlarla “CBC Sport”un əməkdaşları arasında kiçik qarşıdurmanın yaşanması haqda xəbər vermişdik.

Münaqişəyə müdaxilə edən polislərə sərt təpki göstərən azarkeşlərdən ikisi polis bölməsinə aparılsa da, izahatları alınaraq sərbəst buraxılıblar.

Hadisə isə anlaşılmazlıq üzündən baş verib.

Belə ki, fanatlar arasında mübahisə zamanı bəzi azarkeşlər “CBC Sport”un canlı yayım təşkil edən avtomobilinə yaxınlaşıb. Daha doğrusu, lentlə əhatələnmiş əraziyə daxil olublar.

Belədə telekanalın əməkdaşları fanatlardan həmin əraziyə daxil olmamağı, avtomobildən uzaqlaşmağı tələb edib. Bu isə “İmarət”in üzvlərinin xoşuna gəlməyib.

Belədə telekanal əməkdaşları ilə fanatlar arasında mübahisə düşüb. Polis müdaxiləsindən sonra ara sakitləşib.

“İmarət” olayla bağlı “feysbuk” səhifəsində paylaşım edərək hadisəyə aydınlıq gətirib:

“Dünən saat 19:00-da baş tutan “Qarabağ” – “Sabah” matçından əvvəl azarkeşlərlə “CBC Sport” əməkdaşları arasında anlaşılmazlıq səbəbindən mübahisə baş vermişdir.

Mübahisənin səbəbi stadionun girişi qarşısında dayanmış “CBC Sport”a aid avtobusun kabellərinin tapdanması və həmin vaxt sözügedən media qurumu əməkdaşlarının çəkiliş aparması olmuşdur.

Mübahisə hər iki tərəf üzvülərinin qarşılıqlı anlaşması ilə başa çatmışdır.

Azarkeş qrupumuz baş vermiş hadisə ilə bağlı bəyan edir ki, üzvlərimiz hər hansı bir media qurumunu, o cümlədən “CBC Sport” kanalını hədəf almır.

Başda Şəmsəddin Abbasov olmaqla “CBC Sport” kanalı ilə olan normal münasibətlərimizin gələcəkdə də davam edəcəyini, hər hansı bir anlaşılmazlıq yaşanmayacağını ümid edirik”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti