FIFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova 4 oyunluq cəza verib.
Sportinfo.az xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin evdə Lüksemburq yığmasına ilə keçirilmiş 2022-ci il dünya çempionatının seçmə mərhələsinin qrup oyununda qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğu səbəb olub.


Görüşün 21-ci dəqiqəsində topu itirdikdən sonra 26 yaşlı yarımmüdafiəçiyə kunq-fu hərəkəti ilə zərbə endirən Mütəllimov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
FIFA "Sumqayıt"ın futbolçusunu diskvalifikasiya etməklə yanaşı, Azərbaycan millisini 5000 İsveçrə frankı məbləğində cərimələyib.
Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.


