"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov postsovet məkanı klublarında ən çox çempionluq yaşayan mütəxəssislərin reytinq siyahısına düşüb.
Sportinfo.az xəbər verir ki, o, 4-cü pillədədir.
"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk 5-ci yerdə qərarlaşıb.
Siyahıya latviyalı Aleksandr Starkov başçılıq edir. Vaxtilə "Bakı"ya da rəhbərlik etmiş 67 yaşlı mütəxəssisin 12 çempionluğu var.
İkinci sırada rumıniyalı Mirça Luçesku (9), üçüncü yerdə isə rusiyalı Oleq Romantsev (8) qərarlaşıb.
"Qarabağ" bu gün 9-cu çempionluğunu rəsmiləşdirib, Qurban Qurbanov isə titul sayında Romantsevə çatıb.

