"Minsk 2019": Azərbaycanın akrobat dueti 3-cü medalı qazandı

24 İyun 2019 00:00 Ağır atletika 793
"Minsk 2019": Azərbaycanın akrobat dueti 3-cü medalı qazandı

Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi "Minsk 2019" II Avropa Oyunlarında 3-cü medallarını qazanıblar.

Sportinfo.az xəbər verir ki, duet bu dəfə qarışıq cütlərin kombinə olunmuş hərəkətlərində fərqlənib.

Onların çıxışı 29,540 xalla qiymətləndirilib. Azərbaycanlı cütlük yalnız rusiyalı Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalıb.

Qurbanlı - Əl-Məsaihi ötən gün dinamik və balans hərəkətlərində də mükafatçılar sırasına düşüb. Onlar özlərinin ilk yarış gününü gümüş və bürünclə tamamlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!