Gənc idman gimnastımız Belçikada debüt etdi

13 İyun 2019 09:48 Ağır atletika 599
Gənc idman gimnastımız Belçikada debüt etdi

Belçikanın Gent şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, turnirdə milli komandamızın gənc üzvü Milana Minakovskaya çıxış edib.

Gimnastımız iştirak etdiyi ilk beynəlxalq turnirində 4 alətdə öz proqramını nümayiş etdirib. Bütün çıxışlarının nəticəsinə əsasən, ümumilikdə 43,932 xal toplayan gimnastımız 69 təmsilçi arasında 44-cü yerdə qərarlaşıb.

M.Minakovskaya bu il Macarıstanın Gyor şəhərində baş tutacaq gənclər arasında ilk dünya çempionatında, həmçinin Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!