Azərbaycan çempionatında yeni rekord qeydə alındı

8 İyun 2019 18:24 Ağır atletika 324
Azərbaycan çempionatında yeni rekord qeydə alındı

Üç təkanla tullanma idman növündə yeni Azərbaycan rekordu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yeni rekordun sahibi Yekaterina Sarıyevadır.

O, ölkə çempionatında 13.81 m nəticə göstərməklə buna nail olub. Yarışın qalibi olan 24 yaşlı atlet özünə məxsus olan 13.56 m-lik nəticəni yeniləyib.

Kişilərin mübarizəsində isə Rüstəm Məmmədov 16.10 m nəticə ilə birinci yeri tutub. İdmançı öz şəxsi nəticəsini də yeniləməyi bacarıb.

Xəbər Lenti