Səbinə Əzimova dünya birinciliyində qüvvəsini sınadı

4 İyun 2019 00:10 Ağır atletika 527
Səbinə Əzimova dünya birinciliyində qüvvəsini sınadı

1-9 iyun tarixlərində Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Onlardan ilk olaraq Səbinə Əzimova yarışa qatılıb. O, 55 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz toplam 177 kq (78+99) nəticə ilə 8-ci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti