Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl qazandı

2 İyun 2019 19:12 Ağır atletika 410
Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl qazandı

Azərbaycanın idman gimnastları Sloveniyanın Koper şəhərində “Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar.

Sportinfo.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Marina Nekrasova və Nikita Simonov iki qızıl medala sahib olublar.

Beləliklə, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himni səsləndirilib.

Nekrasova dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal, Simonov isə halqalarla çıxışda 14.600 xal toplayıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!