Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazandı

31 May 2019 10:36 Ağır atletika 503
Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazandı

Türkiyə milli komandasının əslən azərbaycanlı atleti Ramil Quliyev növbəti medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı idmançı İsveçin paytaxtı Stokholmda keçirilən Brilliant Liqasının üçüncü mərhələsində gümüş medal qazanıb.

O, 200 metr məsafəyə 20,40 saniyəyə qaçıb. Quliyev ötən il eyni yarışda 19,22 saniyə ilə birinci yeri tutmuşdu.

Ramil Quliyev Türkiyə yığmasının heyətində 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!