Avropa çempionatına görə Bakıya gələn gözəllər – FOTOLAR

26 May 2019 01:00 Ağır atletika 922
Avropa çempionatına görə Bakıya gələn gözəllər – FOTOLAR

Bakıda aerobika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

O, Azərbaycanda ilk dəfə aerobika üzrə Avropa çempionatı keçirildiyini xatırladıb: "Gördüyünüz kimi, yarış yüksək səviyyədə təşkil olunub.

Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya, Milli Təşkilat Komitəsinin üzvlərinə, könüllülərə və azarkeşlərə təşəkkür edirəm".

F.Qayıbov Avropa çempionatını açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib. Ardınca isə bədii hissə başlayıb. Yerli gimnast və xoreoqraflarların ifasında "Gimnastika planeti" adlı şou nümayiş olunub.

Milli Gimnastika Arenasında böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışırlar.

Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə bilər. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq. Bakıda keçirilən çempionata qatılan gözəlləri təqdim edirik:

Mia Peverall (Böyük Britaniya)

Ivelina Lukaki (Bolqarıstan)

Adelia Koponen (Finlandiya)

Barbora Karlikova (Çexiya)

İrina Dobryagina (Rusiya)

Sara Kutini (İtaliya)

Anna Bullo (İtaliya)

Mədinə Mustafayeva (Azərbaycan)

Laura Bançerovski (Macarıstan)

Anna Serra Solis (İspaniya)

Ekaterina Pıxtova (Rusiya)

Xəbər Lenti