Erməni bacı-qardaşın Bakıda gördükləri - VİDEO+TƏƏSSÜRAT

25 May 2019 00:20 Ağır atletika 538
Erməni bacı-qardaşın Bakıda gördükləri - VİDEO+TƏƏSSÜRAT

Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək erməni əsilli idmançılar, bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlar oyunöncəsi ITV telekanalına açıqlama veriblər.

Sportinfo.az xəbər verir ki, yarışda Rusiyanı təmsil edəcək idmançılar bildiriblər ki, Bakıda Aerobika Gimnastikası üzrə Avropa çempionatı, o cümlədən, təhlükəsizlik möhtəşəm səviyyədə təşkil olunub.

“İdman idmandır, siyasət siyasətdir” şüarını səsləndirən bacı-qardaş burada sadəcə idman atmosferi ilə qarşılaşdıqlarını vurğulayıblar.

Bundan başqa, onlar paytaxt Bakını və sakinləri çox bəyəndiklərini deyiblər: “Müasir Bakıdan İçərişəhərə keçəndə özünü sanki başqa bir əsrə düşmüş kimi hiss edirsən”.

Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq.

Xəbər Lenti