Sabah Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatı start götürəcək.
Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq.
3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq. Maraqlıdır ki, yarışda erməni əsilli idmançılar da iştirak edəcək.
Onlar bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlardır. Lakin idmançılar Ermənistanı deyil, qitə birinciliyində Rusiyanı təmsil edəcəklər.