Nazim Babayev Yaponiyada bürünc medal qazandı

21 May 2019 11:24 Ağır atletika 464
Nazim Babayev Yaponiyada bürünc medal qazandı

Azərbaycan atleti Nazim Babayev Yaponiyanın Osaka Qızıl Qran-pri yarışında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı idmançı buna 3 təkanla tullanma yarışında nail olub.

O, 16,48 metr nəticə göstərib. ABŞ idmançısı Omar Kreddok 17,16 metr göstərici ilə birinci yeri tutub. Çinli Yaming Zhu isə 16,51 metr nəticə ilə gümüş medal qazanıb.

Babayev bu ilin martında 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu yeniləyib və Avropa çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!