Azərbaycan gimnastı Avropa çempionatında çıxışını başa vurdu

20 May 2019 00:00 Ağır atletika 244
Azərbaycan gimnastı Avropa çempionatında çıxışını başa vurdu

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb.

Sportinfo.az xəbər verir ki, idmançı finalda gürzlər ilə kompozisiyaya görə 18.450 xal toplayıb.

O, yekunda səkkizinci yeri tutub. Gürzlər ilə hərəkətdə rusiyalı Arina Averina 23.200 xalla qızıl medal qazanıb.

Onun həmyerlisi Dina Averina 22.950 xalla gümüş, ukraynalı gimnast Vlada Nikolçenko isə 22.475 xalla bürünc medala sahib olub.

Ağamirova halqa ilə hərəkətlərdə 19.875 xal toplayaraq 6-cı yeri tutub.

Xəbər Lenti