Azərbaycan gimnastları finalda necə çıxış etdilər?

19 May 2019 09:48 Ağır atletika 214
Azərbaycan gimnastları finalda necə çıxış etdilər?

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında çıxışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə, Fəridə Səfiyarzadədən ibarət kollektiv lentlə hərəkətlərdə 17.300 xalla 9-cu olub.

Çoxnövçülükdə isə 38.950 xal qazanan yığma 6-cı yeri tutub.

Avropa çempionatında 35 ölkənin idmançıları mübarizə aparır. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edir.

Mayın 19-da - son yarış günündə fərdi proqramda Zöhrə Ağamirova finalda halqa və gürzlərlə çıxış edəcək.

Gənclərdən ibarət yığma isə halqa ilə hərəkətlərdə bacarığını nümayiş etdirəcək.

Xəbər Lenti