"Başqa dünyaya düşürsən"

17 May 2019 16:36 Ağır atletika 568
"Başqa dünyaya düşürsən"

“Bakıda zalın qara fondda olmasından və işığın yalnız səhnəyə düşməsindən xoşum gəlir.

Səhnəyə çıxanda nə hakimləri, nə də tribunaları görürsən, sanki başqa dünyaya düşürsən”.

Sportinfo.az xəbər verir ki, bunu bədii gimnastika üzrə Ukrayna yığmasının lideri Vlada Nikolçenko Bakıda keçirilən Avropa çempionatı haqqında danışarkən deyib.

16 yaşlı idmançı gürz və lentlə hərəkətləri çox sevdiyini bildirib: “Ancaq bu il bütün proqramdan xoşum gəlir.

Topla bəzən alınmır, bunun üzərində işləyirəm. Musiqi və hərəktləri məşqçilərim seçir”.

Mayın 16-da Milli Gimnastika Arenasında start götürən Avropa çempionatına ayın 19-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!