Bakıda keçiriləcək dünya çempionatının ulduz səfiri odu

16 May 2019 11:36 Ağır atletika 433
Bakıda keçiriləcək dünya çempionatının ulduz səfiri odu

Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif sentyabrın 16-da Bakıda start götürəcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri seçilib.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, müğənni mundiala hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqrama qatılacaq.

Bunlarla yanaşı, o, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Nüfuzlu yarışın daha bir səfiri dünya çempionu, olimpiya mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadı.

Hər iki ulduz səfir apreldə Bakıda bədii gimnastika üzrə Dünya Kubokunu izləyib. Dünya çempionatı bir həftəyədək davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!