Azərbaycan idmançısı dünya çempionu titulunu qazandı

5 May 2019 12:28 Ağır atletika 324
Azərbaycan idmançısı dünya çempionu titulunu qazandı

İspaniyanın Pontevedra şəhərində akvatlon üzrə dünya çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, mundialda Azərbaycan idmançısı Rostislav Pevtsov qızıl medala yiyələnib.

O, 1 kilometrlik su mərhələsini 12 dəqiqə 54 saniyəyə başa vurub. O, yarışın sonuncu mərhələsi – 2,5 kilometr məsafəyə qaçış üzrə isə 14 dəqiqə 59 saniyəlik nəticə göstərib.

İdmançımız 57 triatlonçunun mübarizə apardığı yarışı 28 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub.

Çempionluq təmsilçimizə həm də payızında ABŞ-ın San-Dieqo şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazandırıb.

Dünya çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 6-cı çatıb.

Xəbər Lenti