Bədii gimnastlarımızın və akrobatlarımızın xalçaya çıxacaqları nömrə

5 May 2019 10:57 Ağır atletika 492
Bədii gimnastlarımızın və akrobatlarımızın xalçaya çıxacaqları nömrə

Minskdə II Avropa Oyunları çərçivəsində keçiriləcək bədii gimnastika və akrobatika üzrə yarışların püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, turnirdə Azərbaycan idmançılarının da xalçaya çıxacaqları nömrə dəqiqləşib.

Belə ki, fərdi çoxnövçülük yarışında gimnastımız 2-ci nömrə altında çıxış edəcək. Burda 12 idmançı mübarizə aparacaq.

Qrup hərəkətləri üzrə 8 komandanın qatılacağı Minsk-2019-da Azərbaycan xalça üzərinə 4-cü çıxacaq.

Yığmamız akrobatikada kişilərin və qadınların mübarizəsində yer almayacaq. Komandamız qarışıq cütlərdə qüvvəsini sınayacaq.

Gimnastlarımız balans hərəkətlərinə 3-cü, dinamik hərəkətlərə 8-ci, kombinə olunmuş hərəkətlərə 7-ci çıxacaq. Gimnastikanın bu növləri üzrə yarışları iyunun 22-23-də “Minsk-arena”da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!