"Hər il mübarizə getdikcə çətinləşir, hər şey özümdən asılıdı"

5 May 2019 09:39 Ağır atletika 287
"Hər il mübarizə getdikcə çətinləşir, hər şey özümdən asılıdı"

Türkiyə yığmasının şərəfini qoruyan Ramil Quliyev növbəti dəfə iddialı açıqlama ilə diqqəti çəkib.

Sportinfo.az xəbər verir ki, hədəflərindən danışan atlet yamaykalı Useyn Boltun rekordunu təzələmək niyyətində olduğunu gizlətməyib:

"200 metrə qaçışda rekord qırmağa çalışacam. Çünki fərdi mübarizədə daha yaxşı nəticə göstərmək mümkündü.

Ümumilikdə mövsüm ərzində 15-17 yarışa qatılmağı planlaşdırırıq. Hər il mübarizə getdikcə çətinləşir. Amma hər şey özümdən asılıdı.

Useyn Bolt mümkünsüz görünən nəticələrə imza atıb. Lakin onun uğurlarını təkrarlaya bilərəm.

Yenə dünya çempionu olmağa çalışacam. Əsas hədəf isə Olimpidadı. Adətən, Asiyada yaxşı çıxış edirəm.

Gələn il Tokioda da uğurlu çıxışa inanıram. Bu il dünya çempionatı da keçiriləcək. Zədə, xəstəlik olmasa, yüksək nəticələrə ümid etmək olar".

Xəbər Lenti