Azərbaycanlı beynəlxalq yarışda 395 nəfər arasında 3-cü yeri tutdu

5 May 2019 00:00 Ağır atletika 297
Azərbaycanlı beynəlxalq yarışda 395 nəfər arasında 3-cü yeri tutdu

Macarıstanın Harkani şəhərində XVI ənənəvi “Pecs” kuboku uğrunda yarışlar keçirilir.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycanı 2010-cu il təvəllüdlü Mina Abbasova təmsil edir.

O, müxtəlif yaş kateqoriyalarından olan 395 gimnastın qatıldığı turnirdə 3-cü yerə layiq görülüb.

Mayın 3-də başlayan yarış 5-də yekunlaşacaq. Sayca 33-cü medalını (11 qızıl, 19 gümüş, 3 bürünc) qazanan Mina Abbasova müxtəlif yarışların ən yüksək mükafatlarına layiq görülüb.

O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdü və iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.

Xəbər Lenti