Azərbaycan komandası Dünya Kubokunun finalına yüksəldi

17 Aprel 2018 00:10 Ağır atletika 583
Azərbaycan komandası Dünya Kubokunun finalına yüksəldi

Bədii gimnastika üzrə Azərbaycan milli komandası İtaliyanın Pesaro şəhərində Dünya Kubokunda çıxış edib.

Sportinfo.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, qrup hərəkətləri proqramında Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Doman, Zeynəb Hümmətova və Ayşən Bayramova finala yüksəliblər.

Onlar 5 halqa ilə təsnifat mərhələsində 17.300 xal toplayaraq 8-ci yeri tutublar. Final mərhələsində "5-lik" hakimlərdən 17.700 xal alaraq 4-cü olub.

Fərdi proqramda isə Zöhrə Ağamirova və Veronika Hudis çıxış edib. Onlardan ən yaxşı nəticəni Ağamirova lentlə nümayiş etdirib. O, 51 iştirakçı arasında 12-ci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti