Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Ramil Quliyev evlənib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı idmançı özündən yeddi yaş kiçik ukraynalı Marqarita Duhina ilə ailə qurub.
Onların toy mərasimi ötən gün İstanbulda reallaşıb. Cütlüyün münasibəti bir neçə ildi davam edir. Marqarita türkiyə vətəndaşlığını da qəbul edib.
Cütlük zamanlarının çoxunu səyahətlərdə keçirir, tədbirlərə bir yerdə qatılırlar. Ramil Quliyev 200 metr məsafəyə qaçışda 20,09 saniyə nəticə əldə edərək ilk türk çempion olub.

