Azərbaycan millisinin üzvü 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırıldı

21 Fevral 2018 15:00 Ağır atletika 572
Azərbaycan millisinin üzvü 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırıldı

Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Sportinfo.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, Yekaterina Sarıyevadı.

Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.

23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində furosemid aşkarlanıb.

Yekaterina Sarıyeva üçtəkanla tullanmada III İslam Həmrəyliyi Oyunlarında qızıl, IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.

Daha əvvəl Azərbaycanın daha 5 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti