Azərbaycanlı Əminə nüfuzlu beynəlxalq turnirin mükafatçısıdı - VİDEO

17 Fevral 2018 20:48 Ağır atletika 508
Azərbaycanlı Əminə nüfuzlu beynəlxalq turnirin mükafatçısıdı - VİDEO

Estoniyanın Tartu şəhərində estetik gimnastika üzrə “Miss Valentine” turniri keçirilir.

Sportinfo.az xəbər verir ki, Gimnastikanın bu növündə həmin yarış ən nüfuzlu beynəlxalq turnirlərdən biri sayılır.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, yarışda Rusiyanı “Şimal Avrorası” komandası təmsil edib. Bu komandanın liderlərindən biri azərbaycanlı Əminə Balıyevadı.

Estoniya, Finlandiya, Belarus, Kanada, İspaniya, Meksika, Rusiya və digər ölkələrin təmsilçilərinin çıxış etdiyi yarışda Əminənin komandası bürünc medalları qazanıb.

Əminə Balıyeva Tümen şəhərində yaşayır və erkən yaşlarından gimnastika ilə məşğul olur. Dəfələrlə Rusiya miqyaslı müxtəlif turnirlərin qalibi və mükafatçısı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti