AAAF Parkda anti-dopinq işi

10 Fevral 2018 11:24 Ağır atletika 533
AAAF Parkda anti-dopinq işi

Fevral 15-də AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Beynəlxalq Ağır Atletika Federasiyasının təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak edəcəklər.

Toplantıda Anti-Dopinq Qayda Pozuntuları (ADRVs), Dopinq Nəzarəti Prosesi (Doping Control Process), Məkan Məlumatı (Whereabouts), Qadağan edilmiş Maddələr və Üsullar Siyahısı (Prohibited List), Terapevtik İstifadə üçün İstisnalar (TUE) kimi mövzular barədə danışılacaq.

Mühazirəçilər Fərhad Abasov (hüquqşünas, AMADA), Emil Hacıyev (analitika üzrə menecer, AMADA), Kəmalə Babayeva (dopinq nəzarəti meneceri, AMADA) və Dr. Fərid Əliyev (Terapevtik İstifadəyə İcazə (TUE) Komitəsinin sədr müavini) olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti