Dünya çempionatında Azərbaycanı təmsil edəcək adlar

7 Fevral 2018 20:00 Ağır atletika 520
Dünya çempionatında Azərbaycanı təmsil edəcək adlar

Martın 1-də İngiltərənin Birmingem şəhərində start götürəcək qapalı məkanda atletika üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, hu barədə "Report"a yığmanın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib.

Onun sözlərinə görə, dörd gün davam edəcək yarışa cəmi 2 kişi atlet lisenziya qazanıb. Aleksis Kopelyo 3 təkanla uzununa tullanma, Hayle İbrahimov 3000 metr məsafəyə qaçış növlərində mübarizə aparacaq.

Proqrama əsasən, Kopelyo martın 3-də, İbrahimov isə martın 4-də final mərhələsində çıxış edəcək. Digər azərbaycanlı üç təkanla tullanan Nazim Babayev isə çempionata qatılmayacaq. Sultanzadə Babayevin zədə üzündən qış mövsümündəki yarışları buraxacağını bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti