Türkiyə millisi üçün yarışan azərbaycanlı atlet Ramil Quliyev 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına xüsusi formada hazırlanacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Xəbərdə həmyerlimizlə 100 metr məsafəyə yarışda dünya çempionu olmuş 18 yaşlı Mizgin Ayın birgə, xüsusi hazırlıq keçəcəyi qeyd edilib.
Türkiyə Atletika Federasiyasının prezidenti Fatih Çintimar hər iki idmançının olimpiya oyunlarına Rusiyada, xüsusi düşərgədə hazırlaşacağını deyib.
O, bu yolla idmançıları 2020 və 2024-cü illərdə baş tutacaq olimpiadalara daha yaxşı hazırlamağı planlaşdırdıqlarını bildirib.
Ramil Quliyev ötən il Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçışda birinci olaraq, Türkiyəyə tarixi ərzində atletikada ilk dünya çempionluğunu qazandırıb.

